"Birinci sinif şagirdləri üçün qiymətləndirmə yoxdur və ev tapşırığı verilməz. Birinci sinif əsasən uşaqları məktəb mühitinə hazırlayır".
Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.
Onun sözlərinə görə, reallıq göstərir ki, bizim sistemdə, hətta beş yaşlı məktəbəhazırlıq qruplarında belə, uşaqların yaşına uyğun olmayan dərsliklər, tapşırıqlar və çantalar istifadə olunur:
"Bu səbəbdən Azərbaycan uşaqları artıq beş yaşdan ağır yüklənməyə başlayır və nəticədə 10–11 yaşına çatanda beynləri normadan artıq yük altında qalır. Belə vəziyyətdə repetitor olmadan uşaq heç bir nəticə əldə edə bilmir".
Ekspert bildirib ki, təhsil sistemi bu baxımdan problemli və hətta bəzi hallarda zərərli görünür:
"Repetitorluq isə əlavə gəlir mənbəyidir və valideynlər əlavə pul ödəyir. Ailə büdcəsi illik ən azı 200 manat əlavə xərcləməyə məcbur olur. Nəticədə isə ölkə böyük nəsil itkisi ilə üzləşir. Bu, uşaqlarda dözümsüzlük, psixoloji və fizioloji problemlərin yaranmasına səbəb olur".
Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində, məsələn Finlandiya və Yaponiya kimi, altı yaşdan 12 yaşa qədər fundamental biliklər öyrədilmir:
"Uşaqlara yalnız estetika, ətraf mühitə münasibət və bənzər əsaslar öyrədilir. Bizdə isə uşaqlar artıq 5–6 yaşdan fundamental biliklərə məruz qalır.
Ümumtəhsil sisteminin düzgün işləməməsinin əsas səbəbi təhsillə bağlı olmayan şəxslərin idarəetmədə olmasıdır. Təhsilə aidiyyəti olmayan şəxslərin funksional vəzifələrdə olması, proqramlara əlçatanlıq və peşəkarlığın olmaması ciddi problemlər yaradır. Bu uğursuzluq nəticəsində xalq və millət ağır bədəllər ödəyir və vəziyyət ildən-ilə daha da ağırlaşır".
Qeyd edək ki, son günlərdə ibtidai siniflərdə dərslərin qısaldılması məsələsi müzakirə olunur.
Əfsanə Kamal
Demokrat.az