“Nəsiminin məzarının Azərbaycana gətirilməsi dini və mənəvi baxımdan məqbul addımdır”

GÜNDƏM 26 avqust 2025, 20:28
“İmadəddin Nəsimi böyük bir şəxsiyyət və mütəfəkkirdir. Onun məzarının hərəkəti dini baxımdan hörmət və ehtiram çərçivəsində aparılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Emin Vəliyev deyib.

O əlavə edib ki, məzarın köçürülməsi zamanı onun xatirəsinə və mənəvi irsinə hörmətsizlik edilməməlidir:
“İslam ənənələrinə görə, qəbir mübarəkdir və onu pozmaq yalnız ciddi səbəblərlə mümkündür. Burada əsas məsələ, məzarın köçürülməsinin səmavi məqsədlə, yəni xalqın və gələcək nəsillərin Nəsimi irsini tanıması üçün edildiyi vurğulanmalıdır. Nəsimi kimi böyük şəxsiyyətlərin məzarı xalqın ziyarətinə açıldıqda, bu həm tarixi-mədəni, həm də mənəvi bir dəyər yaradır. Gənc nəsillər onun ideyalarından, hikmətindən faydalana bilər. Dini baxımdan bu addım məqbul və bərəkətlidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top