Belçika “F-16”ları sentyabrda Ukraynaya verəcək

DÜNYA 26 avqust 2025, 21:49
Belçika sentyabrda “F-16” qırıcılarını Ukraynaya təhvil verəcək.

“Report” “Novosti Live” nəşrinə istinadən xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost Ukrayna ilə Benilüks ölkələrinin (Belçika, Niderland və Lüksemburq) Odessada keçirilən görüşünün yekununda bildirib.

“Artıq gələn ay sizə bir neçə “F-16” verəcəyik”, - o deyib, amma konkret neçə təyyarənin veriləcəyini açıqlamayıb.

Nazir əlavə edib ki, Belçika həmçinin Ukraynaya iqtisadi dəstək üçün 20 milyon avro ayıracaq, 2029-cu ilə qədər Qara dənizdə minatəmizləyici gəmilər təqdim edəcək və əlavə olaraq dəqiqləşdirilməmiş sayda pilotsuz uçuş aparatları verəcək.

Daha əvvəl Belçika ABŞ-dən 11 ədəd yeni “F-35” qırıcıları aldıqdan sonra arsenalındakı köhnə “F-16”ları Ukraynaya təhvil verməyi öhdəsinə götürmüşdü. Amma hələlik ABŞ-dən Belçikaya heç bir təchizat olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top