
Süni intellekt texnologiyası ilə hazırlanan videoda kriminal avtoritet Nadir Səlifovun (“Lotu Quli”) qətl səhnəsi canlandırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Crimetime.ru" "YouTube" kanalında video yayımlayıb.
Kadrlarda onun yaxın dostu Xaqan Zeynalov (“Xan Bakinski”) tərəfindən güllələnmə anı əks olunub.
Qeyd edək ki, “Lotu Quli” 20 avqust 2020-ci ildə Türkiyənin Antalya şəhərində hotel otağında başından atəş açılaraq öldürülmüşdü. Rəsmi məlumatlara görə, qətli məhz onun yaxın çevrəsindən olan Xaqan Zeynalov törədib. Hadisə həmin dövrdə kriminal aləmdə və ictimaiyyətdə böyük rezonans doğurmuşdu.
"YouTube"-da yayımlanan süni intellekt əsasında hazırlanan video isə real görüntülər deyil, hadisənin vizual rekonstruksiyasıdır.
Həmin görüntüləri təqdim edirik: