Markov Rusiyanı tərk edəcək?

DÜNYA 26 avqust 2025, 08:41
Ölkəsində xarici agent elan edilən rusiyalı politoloq Sergey Markov ölkəsini tərk etmək niyyətində olmadığını açıqlayıb.

Demokrat.az xəbər verir ki, o bu barədə teleqram kanalında paylaşım edib.

Politoloq qeyd edib ki, Rusiya hökumətinin bütün hərəkətlərini legitim hesab edir və Vladimir Putinin siyasətini dəstəkləyir.

O əlavə edib ki, dövləti məhkəməyə vermək niyyətində deyil və ümid edir ki, üzərindən xarici agent statusu götürüləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 09:58
Top