
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ukraynaya təhlükəsizlik zəmanətləri məsələsi hələlik konkret şəkildə müzakirə olunmayıb.
Tramp bu fikirləri Ağ Evdə yeni sərəncamların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, əsas öhdəlikləri Avropa ölkələri üzərinə götürməlidir.
“Biz hələ hansı təhlükəsizlik zəmanətlərinin veriləcəyini bilmirik, çünki bu barədə konkret müzakirə aparmamışıq. Baxarıq. İlk növbədə, onlara Avropa əhəmiyyətli zəmanətlər verəcək. Belə də olmalıdır, çünki onlar həmin bölgədə yerləşirlər. Biz isə dəstək göstərmək baxımından prosesə cəlb olunacağıq”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti onu da əlavə edib ki, Vaşinqton artıq Ukraynaya maliyyə vəsaiti ayırmır.(APA)