Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Report"un Qərb bürosuna bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü Nazlı Paşayeva və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü Orxan Paşayevə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.