Binalarda uşaq təhlükəsizliyi üçün qanun qüvvəyə minəcək? — AÇIQLAMA

GÜNDƏM 26 avqust 2025, 16:01
"Çoxmərtəbəli binalarda azyaşlıların təhlükəsizliyinin təmin edilməsi vacibdir. Ənənəvi üsul kimi pəncərələrə dəmir barmaqlıqlar quraşdırılsa da, bu, yanğın təhlükəsizliyi qaydalarına ziddir və yalnız istisna hallarda tətbiq edilə bilər".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O, bildirib ki, daha optimal həll plastik qapı və pəncərələrin cəftələrində xüsusi kilidli mexanizmlərin istifadəsidir:



"Bu sistem uşaqların pəncərəni açmasının qarşısını alır, eyni zamanda fövqəladə hallarda evakuasiyanı çətinləşdirmir.Valideynlər əlavə olaraq pəncərə önündə uşaqların dırmaşa biləcəyi əşyaları qoymamalı və təhlükəsizlik torları və ya qoruyucu mexanizmlərdən istifadə etməlidirlər".

Ekspert bildirib ki, sadə tədbirlər sayəsində çoxmərtəbəli binalarda uşaqların həyatını qorumaq mümkündür.

Qeyd edək ki, çoxmərtəbəli binalarda uşaq təhlükəsizliyinin xüsusi maddə kimi qanunda əks olunması təklif olunub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top