Kartof qızartmasının çölünün qızılı və xırtıldayan, içinin isə yumşaq qalması üçün sadə bir üsul var. Əsas sirr kartofu iki dəfə qızartmaqdır.
Demokrat.az xəbər verir ki, kartofun daha xırtıldayan olması üçün əvvəlcə doğranmış dilimləri soyuq suda saxlamaq lazımdır. Bu, artıq nişastanın bir hissəsini çıxararaq kartofun daha az yağ çəkməsinə kömək edir.
Daha sonra kartof dilimləri təxminən 163 dərəcədə 5-7 dəqiqə qızardılır. Bir qədər soyuduqdan sonra isə təxminən 190 dərəcədə yenidən qızardılır. Məhz ikinci mərhələ kartofun üzərinin qızılı rəng almasına və xırtıldamasına kömək edir.
Bu üsul ev şəraitində restoranlardakı kimi kartof qızartması hazırlamağa imkan verir.


