Dünya

İran ABŞ-ni Hörmüz boğazının açılması ilə bağlı təklifi qəbul etməyə çağırıb

İran ABŞ-ni Hörmüz boğazının açılması ilə bağlı təklifi qəbul etməyə çağırıb

İran ABŞ-ni Hörmüz boğazının yenidən açılması ilə bağlı irəli sürdüyü təklifi qəbul etməyə çağırıb.

Demokrat.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Tehran Hörmüz boğazının yeddi gün ərzində açılması ilə bağlı təklifini qüvvədə saxlayır.

Onun sözlərinə görə, ABŞ İranın təklifinə münasibət bildirib və hazırda Vaşinqtonun cavabı nəzərdən keçirilir. Əraqçi vurğulayıb ki, ABŞ İranın şərtlərini qəbul edəcəyi təqdirdə boğaz altı gün ərzində açıla, növbəti gün isə danışıqlar bərpa oluna bilər.

İranın şərtlərinə ABŞ-nin ölkə limanlarına tətbiq etdiyi blokadanın aradan qaldırılması, neft ixracına qarşı sanksiyaların ləğvi və regionda hərbi əməliyyatların dayandırılması daxildir.

Tərəflər arasında əsas fikir ayrılıqlarından biri İranın nüvə proqramı ilə bağlıdır. Vaşinqton bu məsələnin danışıqların əvvəlində müzakirəsini tələb edir. Tehran isə ilk növbədə Hörmüz boğazında gəmiçiliyin və təhlükəsizliyin bərpasını istəyir.

B
Qeyd edilməyib