İdman

Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük"

Arif Əsədov: Hələ əvvəlki Qarabağı görmürük

"Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var".

Demokrat.az xəbər verir ki, bu barədə report.az-a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

56 yaşlı mütəxəssis ötən gün Misli Premyer Liqasının VIII turunda keçirilən Azərbaycan derbisi haqqında fikirlərini bölüşüb:

"Hələ əvvəlki "Qarabağ"ı görmürük. "Neftçi"də yaxşı mənada dəyişikliklər var. Maraqlı oyun alındı. Matç əsl derbi abu-havasında keçdi. Azarkeşlərin də dəstəyi möhtəşəm idi. Futbolçular, tamaşaçılar bu qarşılaşmadan zövq aldılar. Oyunun gedişatı hər iki kollektivin qalib gələ biləcəyini göstərirdi. Sonda qollu heç-heçə qeydə alındı. "Neftçi" son dəqiqədə buraxdığı qola görə təəssüflənə bilər. Amma qarşılaşmanın əvvəlində soruşsaydınız, bəlkə də heç-heçə hər iki komandanı qane edərdi. Amma 3:1 öndə olub qalibiyyəti əldən vermək üzücüdür. Buna görə "Neftçi"nin iki xal itirdiyini düşünürlər".

A.Əsədov Ağdam klubunda bəzi çatışmazlıqların olduğunu söyləyib:

"Qarabağ" hələ də axtarışdadır. Futbolçular komandaya uyğunlaşma prosesindədir. Paytaxt klubunda isə "Neftçi" ruhu hiss olunur. Bunu "Sabah"la oyunda da gördük. Onlar son iki matçda çempionluğa iddialı olduqlarını göstərdilər".


Xatırladaq ki, "Qarabağ" - "Neftçi" oyunu 3:3 hesabı ilə başa çatıb.

B
Qeyd edilməyib