İranın yeni müdafiə naziri Mehrdad Əxlaqi Kitabçi ABŞ-ni ölkəsinə qarşı yeni hərbi hücumlardan çəkinməyə çağırıb.
Demokrat.az "Reuters"ə istinadən xəbər verir ki, nazir İran parlamentində çıxışı zamanı ABŞ-nin mümkün hücumlarına münasibət bildirib.
O qeyd edib ki, Vaşinqton İrana qarşı yenidən hərbi əməliyyatlara başlayacağı təqdirdə Tehran genişmiqyaslı və güclü cavab verəcək.
Əxlaqi Kitabçi ABŞ-nin İranın infrastruktur obyektlərinə GBU-43/B tipli güclü bomba ilə zərbə endirməsi ehtimalına da toxunub.
Nazir, həmçinin ölkənin müdafiə sənayesinin inkişaf etdiriləcəyini, hərbi texnologiyaların təkmilləşdiriləcəyini və özəl sektorla əməkdaşlığın genişləndiriləcəyini bildirib.
Qeyd edək ki, İran parlamenti Mehrdad Əxlaqi Kitabçinin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiqləyib.


