Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına rəsmi səfər edəcək.
Demokrat.az xəbər verir ki, Tokayev Çin lideri Si Cinpinin dəvəti ilə 30 avqust – 3 sentyabr tarixlərində bu ölkədə olacaq.
Səfər çərçivəsində Qazaxıstan-Çin strateji tərəfdaşlığının genişləndirilməsi istiqamətində ali səviyyəli danışıqlar aparılacaq. Prezident Tokayev 31 avqust – 1 sentyabrda Tyantszində keçiriləcək ŞƏT sammiti və “ŞƏT plus” iclasında iştirak edəcək.
Bundan əlavə, sentyabrın 2-də Pekində “Qazaxıstan–Çin” İşgüzar Şurasında çıxış edəcək və iri Çin şirkətlərinin rəhbərləri ilə görüşəcək.