"Nəsiminin məzarının gətirilməsi hansı formada həyata keçiriləcək bilmirəm. Hər halda rəsmi məqamlar ətrafında müzakirələr aparılmalıdır. Mən buna bir həyati məsələ kimi baxmıram".
Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, xüsusi bir hal yoxdursa, buna ehtiyac yoxdur:
Əgər təhlükəsizliklə bağlı problem yoxdurda, heç bunu həyata keçirməyin adı yoxdur. Əgər məzarın dağılma təhlükəsi, hansısa təhlükə varsa, onda düşünülə bilər".
Qeyd edək ki, İmadəddin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər. Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır. Belə ki, artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
Cavidan Mirzəzadə
Demokrat.az