Prezident İlham Əliyevin 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına əsasən, hər il ölkəmizdə 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib. Məlum olduğu kimi, Laçın şəhəri, Zabux və Sus kəndləri 2022-ci avqustun 26-da Azərbaycanın nəzarəti altında keçib. Prezident, Ali Baş Komandan İlham Əliyevin həmin bu şad xəbəri verməsi hər bir laçınlının, eləcə də, hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunub. Həmin gün Qalib sərkərdə bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”. Həmin vaxtdan başlayaraq Laçın rayonunda yenidənqurma, quruculuq-abadlıq işlərinə start verildi. Bu gün inamla deyə bilərik ki, artıq Laçın özünün yeni dövrünə qədəm qoyub. Hazırda laçınlılar böyük coşqu ilə doğma dədə-baba yurdlarına qayıdırlar. Onların isti ocaqlarında rahat və təhlükəsiz yaşamaları üçün hər cür şərait yaradılıb.
Demokrat.az xəbər verir ki, bu fikirləri Musavat-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “26 Avqust-Laçın şəhəri günü” ilə əlaqədar açıqlamasında bildirib.
“Xüsusilə qeyd etmək istərdim ki, Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildikdən və bu təntənəli mərasimdə Prezidenti İlham Əliyevlə bərabər Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. Coğrafi mövqeyi və əlçatanlığı ilə Laçın Beynəlxalq Hava Limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevrilir”.
Ç.Qənizadə “Böyük Qayıdış” proqramı üzrə görülən işlərdən söhbət açaraq deyib ki, bu layihə çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. indiyədək Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb. İlin sonuna qədər Laçın şəhərinə daha 40 ailə köçürüləcək. Hazırda Laçında yenidənqurma, tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Dünya ictimaiyyəti bu işləri heyranlıqla seyr edir.
Hüquq müdafiəçisi Laçının işğalını - həmin kədərli günləri xatırladaraq deyib ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. O deyib ki, Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Həmin vaxt hakimiyyəti ələ keçirməyə cəhd edən qüvvələr Şuşanı, Laçını, demək olar ki, düşmənə təhvil verdi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük böyük bir fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.
Hüquq müdafiəçisi beynəlxalq hüquq normalarının fəaliyyətsizliyindən də söhbət açaraq deyib ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Təbii ki, bütün bunlar cəzasız qala bilməzdi. Azərbaycan öz gücü hesabına tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz çanlı qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Tanınmış hüquqşünas Laçın rayonunun yeni inkişaf dövrünə qədəm qoymasından danışaraq bildirib ki, dövlətimizin başçısı da bütün çıxışlarında deyirdi ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
“Prezident İlham Əliyev verdiyi bütün vədləri layiqincə yerinə yetirən Liderdir. Xalqımız son 22 ildə bunun canlı şahididir. Genişmiqyaslı quruculuq işləri Laçını yenidən canlandırır. Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Burada bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Yaxın illərdə Laçın rayonu beynəlxalq turizm mərkəzinə çevriləcək” – deyə, Ç.Qənizadə bildirib.