Bakıda Rus Evinin bərpası ilə bağlı konsensus tapmaq üçün Azərbaycanla əlaqə saxlayırıq.
Modern.az-ın məlumatına görə, bunu "Rossotrudniçestvo"nun rəhbərinin müavini Şevtsov RİA Novosti-yə bildirib.
Onun sözlərinə görə, agentlik Putin və İlham Əliyevin görüşündən sonra Bakıdakı Rus Evinin fəaliyyətini bərpa edəcəyinə ümid edir.
Qeyd edək ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.
XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.
Daha sonra "Rus evi" fəaliyyətini dayandırdığı barədə rəsmi məlumat yayıb.