"Azərbaycan bütün dövlətlərlə qarşılıqlı etimada və hörmətə əsaslanan bərabərhüquqlu münasibətlərin qurulmasının tərəfdarıdır. O cümlədən, qonşu və tərəfdaş ölkələrlə bağlı Azərbaycan daim bu prinsiplərə sadiq qalıb. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması da məhz bu ardıcıl və prinsipial siyasətin nəticəsidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.
"Rusiya ilə münasibətlərdə də Azərbaycan eyni yanaşmanı nümayiş etdirib. Lakin son dövrlər iki ölkə arasında gərginliyin yaranmasının əsas səbəblərindən biri, xüsusilə Azərbaycan təyyarəsinin vurulması hadisəsindən sonra, Rusiyanın sərgilədiyi ikili siyasət olub. Bildiyiniz kimi, Azərbaycan Prezidenti hadisədən dərhal sonra açıqlama verərək bəyan etmişdi ki, Rusiya bu hadisəyə görə dərhal üzr istəməli, istintaq aparmalı, günahkarları cəzalandırmalı və zərərçəkmişlərə təzminat ödəməlidir.
Rusiya Prezidenti Vladimir Putinin İlham Əliyevə telefonla zəng edərək üzr istəməsi müsbət addım idi, lakin digər tələblərin yerinə yetirilməsi ləngidi. Bu da təbii olaraq iki ölkə arasında münasibətlərin soyumasına gətirib çıxardı. Bununla yanaşı, Azərbaycan millət vəkilinin Rusiyaya buraxılmaması, Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərin artması da vəziyyəti daha da gərginləşdirdi".
O bildirib ki, Azərbaycan isə bütün bu təzyiqlərə baxmayaraq, o cümlədən Qərb dövlətlərinin təzyiqlərinə qarşı da eyni şəkildə prinsipial və ədalətli mövqe sərgilədi:
"Azərbaycan nə Rusiya, nə də başqa bir dövlət qarşısında mövqeyini dəyişmədi və milli maraqlarını qətiyyətlə müdafiə etdi.
İndiki şəraitdə Azərbaycanın dost ölkələrinin sayının artması, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi nüfuzunun möhkəmlənməsi, eyni zamanda Rusiyanın da Azərbaycanla əlaqələri bərpa etməyə maraqlı olması hər iki tərəfin strateji maraqlarına uyğundur.
Bugünkü görüşdə Rusiya Prezidentinin Prezident İlham Əliyevlə təmasında təzminatın ödəniləcəyi, günahkarların cəzalandırılacağı və üzr istənilməsi məsələlərinin gündəmə gətirilməsi iki ölkə arasında yaranmış soyuqluğun aradan qalxmasına və münasibətlərin müsbət istiqamətdə inkişafına təkan verəcək".
Onun sözlərinə görə, bu proseslər Azərbaycanın prinsipial, ədalətli və uğurlu diplomatik fəaliyyətinin nəticəsidir:
"Azərbaycan bu gün çoxşaxəli və müstəqil siyasət yürüdərək dövlət maraqlarını ən yüksək səviyyədə təmin edir. Rusiya ilə münasibətlərin normallaşması isə ölkəmizin çoxvektorlu və balanslı xarici siyasətinin bariz göstəricisidir".
Əfsanə Kamal
Demokrat.az