Böyük şair və mütəfəkkir İmaddədin Nəsiminin məzarı Suriyadan Azərbaycana gətirilə bilər.
Demokrat.az APA-ya istinadla xəbər verir ki, Azərbaycan dövləti Nəsiminin məzarının ölkəyə köçürülməsində maraqlıdır.
Artıq bu istiqamətdə Suriya tərəfi ilə ilkin təmaslar aparılıb, bu haqda Suriyaya məlumat verilib.
İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi şəhərdə Nəsiminin də məzarı dağıntılara məruz qalıb.
Xatırladaq ki, Heydər Əliyev hələ Azərbaycan KP MK-nın Birinci katibi kimi 1970-ci ildə Suriya Ərəb Respublikasında səfərdə olarkən Nəsiminin məzarı səliqəyə salınır.
Daha sonra Heydər Əliyev məzarı ziyarət edir.
2019-cu ildə İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilib.