DİM qəbul prosesində dəyişiklik etməlidir — AÇIQLAMA

GÜNDƏM 26 avqust 2025, 12:51
"Yüksək bal toplayan abituriyentlərin universitetlərə daxil ola bilməməsi həqiqətən üzücüdür. Mən istəmirəm ki, biz o gəncləri itirək. Eyni zamanda, yüksək bal toplasa da ödənişli bölməyə düşdüyü üçün təhsil ala bilməyənlər var. Təsəvvür edin, onlar yenidən bir il stress yaşamalı olurlar. Sistemli şəkildə oxumağa həvəs olacaqmı, ya yox? 600-dən çox bal toplayıb qəbul ola bilməməyin psixoloji gərginliyi də var".

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, bu baxımdan Dövlət İmtahan Mərkəzi yeniliklərə açıq bir qurum olaraq gələcəkdə qəbul prosesində dəyişiklik etməlidir:



"Yüksək bal toplasa da qəbul ola bilməyən, öz istədiyi ixtisası yazsa da rəqabət səbəbindən kənarda qalan abituriyentlərə güzəşt etmək mümkündür. Yenidən onlara şans yaratmaq hesab edirəm ki, çox yaxşı olardı. O gənclərin və ailələrinin keçirdiyi stressi başa düşürəm. Burada insan həyatından söhbət gedir. Onsuz da plan yerləri boş qalır. Əgər 200 bal yığan qəbul olur, amma 600 bal yığan kənarda qalırsa və ona hansısa şanslar yaradılmırsa, bu, yaxşı hal deyil".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 13:06
Top