Kriminal

Pakistanda zorakılığa məruz qalan qızdan xəbər var — FOTOLAR

Pakistanda zorakılığa məruz qalan qızdan xəbər var — FOTOLAR

Pakistanda dəhşətli zorakılığa məruz qaldığı bildirilən Azərbaycan vətəndaşı ölkəyə qayıdır.

Demokrat.az oxu.az-a istinadla xəbər verir ki, Lahor şəhərində hücuma uğrayan 23 yaşlı Diana Bağıyeva ilə ölkəmizin İslamabaddakı səfirliyi artıq əlaqə yaradıb. Diplomatik korpus həmyerlimizə lazımi hüquqi və mənəvi köməklik göstəriləcəyini bəyan edib.

Zərərçəkən şəxs yerli mətbuata açıqlamasında yaxın günlərdə Pakistandan ayrılacağını diqqətə çatdırıb. Onun tezliklə Bakıya gətirilməsi nəzərdə tutulur.

Digər tərəfdən, sosial şəbəkələrin Pakistan segmentində gənc qızın yeni görüntüləri yayılıb.

Beləliklə, diplomatik korpus tərəfindən həmyerlimizin təhlükəsiz şəkildə vətənə gətirilməsi üçün bütün lazımi tədbirlər görülür.

Pakistanda zorakılığa məruz qalan qızdan xəbər var — FOTOLAR

R
Redaktor