Dünya

Qaçırıldığı ehtimal edilən "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş etdi - YENİLƏNİB

Qaçırıldığı ehtimal edilən Flydubai təyyarəsi Səudiyyə Ərəbistanına eniş etdi - YENİLƏNİB

Tel-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib.

Demokrat.az xəbər verir ki, hadisə pilotların bir-biri ilə mübahisəsi nəticəsində baş verib, qaçırılma kodu aktivləşdirilib.

**

10:59

Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi hava gəmisinin ələ keçirildiyi barədə siqnal verib.

Bu barədə Demokrat.az "Ynet"ə istinadən xəbər verir.

Məlumata görə, göyərtədə 27-si uşaq olmaqla 174 sərnişin olub.

Siqnal təyyarə İordaniyanın hava məkanına daxil olduqdan sonra verilib. Hava gəmisindən əvvəlcə beynəlxalq qəza vəziyyəti siqnalı olan 7700 kodu, daha sonra isə təyyarənin ələ keçirilməsini bildirmək üçün istifadə olunan 7500 kodu ötürülüb.

Bundan sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb və uçuş hündürlüyünü azaldıb. İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları havaya qaldırılıb.

Bildirilib ki, İsrailin Baş naziri və müdafiə naziri təhlükəsizlik məsələləri üzrə təcili müşavirə çağırıblar. (Report)

B
Qeyd edilməyib