Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib.
Demokrat.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər.
Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri Seyid Səfərovun sözlərinə görə, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2.5 metr azalıb. Sahil ərazilərində suyun səviyyəsi 1.5 metrdən çox düşüb.


