İspan futbolçu “Beşiktaş”ı yox, Almaniyanı seçdi

İDMAN 26 avqust 2025, 11:30
"Real Madrid"in sabiq futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək.

Demokrat.az xəbər verir ki, məşhur insayder Fabritsio Romano futbolçunun "Bayer Leverkuzen"lə anlaşdığını bildirib.

34 yaşlı cinah müdafiəçisi bu gün tibbi müayinədən keçəcək və yaxın vaxtlarda Bundesliqa klubuna qoşulacaq.

Qeyd edək ki, ispan oyunçu ilə əvvəllər Türkiyənin "Beşiktaş" klubu da maraqlanmışdı. Vaskes ötən mövsüm 53 oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top