"Qarabağ" - "Ferentsvaroş" oyununun biletləri tükənir

İDMAN 25 avqust 2025, 12:21
"Qarabağ"ın Bakıda Macarıstanın "Ferentsvaroş" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletləri tükənir.

Demokrat.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, matç üçün çox az sayda bilet qalıb.

Qeyd edək ki, klubun avqustun 23-də açıqladığı məlumatda 30 minə yaxın bilet satıldığı əksini tapmışdı.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Arena 31 200 azarkeş tutumuna malikdir.

Xatırladaq ki, komandalar arasında Macarıstanda gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 avqust 2025, 14:03
Top