"Braqa"nın hücumçusu "Qarabağ"a keçəcək?

İDMAN 24 avqust 2025, 17:57
"Feyrense"nin forvardı Leandro Antuneşin "Qarabağ"a keçə biləcəyi haqda xəbərlər yayılmışdı.

Demokrat.az
xəbər verir ki, portuqaliyalı hücumçu böyük ehtimalla Ağdam klubuna keçməyəcək.

Belə ki, 28 yaşlı futbolçunun transferi "Qarabağ" üçün prioritet məsələ deyil. Məlumata görə, Antuneş bir müddət əvvəl siyahıda yer alıb, lakin sonradan ölkə çempionu onun transferində maraqlı olmayıb.

2024-cü ildən “Feyrense”də çıxış edən forvardın müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Antuneş “Braqa”B, “Vilafrankense”, “Marinhense”, “Leyriya”(hamısı Portuqaliya) klublarında oynayıb. (Sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top