Dizel avtomobil sürənlərin nəzərinə — "Yaxın 5 ildə..."

GÜNDƏM 25 avqust 2025, 13:48
"Azərbaycanda beynəlxalq praktikada olan məsələlərlə bağlı müzakirələr olunur, müxtəlif fikirlər bildirilir. Amma mən inanmıram ki, yaxın 5 ildə dizellə bağlı hansısa qadağa qoyulsun". 

Bunu Demokrat.az-a “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası”nın İdarə Heyətinin sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, bizdə əksər xidməti avtomobillər, daşınma, turizm sahəsində fəaliyyət göstərən avtomobillər dizel mühərriklidir:



"Ona görə də bizdə dizelə qadağa qoyulması inandırıcı görünmür. Gələcəkdə dəyişikliklər ola bilər, amma yaxın 5 ildə inandırıcı görünmür".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 avqust 2025, 14:03
Top