
Azərbaycan Respublikasının Mərkəzi Bankının 07 may 2025-ci il tarixli İXB-01 saylı Lisenziyasına əsasən ölkədə investisiya xidmətlərinin həyata keçirilməsinə icazə verilən ilk bank olan Xalq Bank 26 avqust 2025-ci il tarixdə Bakı Fond Birjasına üzv oldu.
Demokrat.az xəbər verir ki, bununla da, müştərilərinə kapital bazarlarında geniş imkanlar açan Xalq Bank onlara qiymətli kağızlarla əməliyyatların aparılması və digər kapital bazarı xidmətlərini bank vasitəsilə həyata keçirmək imkanı qazandırır. Yeni xidmət, müştərilərə kompleks və etibarlı maliyyə həlləri təklif etməklə yanaşı, eyni zamanda ölkənin investisiya bazarlarının inkişafına töhfə verəcəkdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.