“Bank of Baku”nun problemli kreditləri 55%-dən çox artıb

MALİYYƏ 21 avqust 2025, 18:00
Bu il iyulun 1-nə “Bank of Baku” ASC-nin vaxtı keçmiş kreditləri 35,25 milyon manat təşkil edib.

Demokrat.az xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 55,4% çoxdur.

Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur.

Başqa sözlə, vaxtı keçmiş kreditlərin 6,7%-i “Bank of Baku”nun payına düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 18:42
Top