"Qalatasaray"dan transferdə "Fənərbaxça"ya ağır zərbə

İDMAN 21 avqust 2025, 19:25
"Qalatasaray" transfer çalışmalarını sürətləndirir.

Demokrat.az
xəbər verir ki, İstanbul klubu "Tottenhem"in malili futbolçusu Yves Bissouma ilə danışıqları davam etdirir.

Artıq "Qalatasaray" 28 yaşlı futbolçu ilə danışıqları yekunlaşdırmaq üçün Londona nümayəndə göndərib. "Qalatasaray" malili oyunçunu satın alma şərti ilə icarəyə götürmək istəyir. 

"Tottenhem" müqaviləsinin son ilinə qədəm qoyan Bissouma üçün 15 milyon avro istəyir. Onun İstanbul klubuna keçidi yazın günlərdə reallaşa bilər.

Qeyd edək ki, Bissouma ilə "Fənərbağça" uzun müddətdir danışıqlar aparırdı və onun bu kluba keçəcəyi deyilirdi.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 avqust 2025, 21:23
Top