“Əgər sabit tarif sistemi tətbiq olunursa və bu tariflər hər kəsə eyni şəkildə şamil olunacaqsa, bu, birmənalı şəkildə bəziləri üçün əlavə yük yarada bilər”.
Bunu Demokrat.az-a açıqlamasında "REAL" partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, xüsusilə də mənzildən istifadə etməyən, lakin sayğac işləyən abunəçilər üçün boş yerdən ödəniş yaranacaqsa, bu, ədalətli yanaşma sayılmır:
“Qiymətlərin aşağı düşməsi yalnız aşağı sərfiyyatlı abunəçilərə müəyyən güzəştlərin edilməsi ilə mümkündür. Məsələn, aylıq limitlər çərçivəsində tətbiq olunan aşağı tariflə. Amma bu zaman da dövlət subsidiya ayırmalıdır ki, bu da əlavə büdcə yüküdür.Tarif Şurası olmadan isə heç bir rəsmi şəxs, o cümlədən Energetika Nazirliyi qiymətlərin azalacağı və ya sabit qalacağı ilə bağlı hüquqi öhdəlik götürə bilməz. Buna görə də, ictimaiyyəti arxayın salmaq üçün konkret mexanizm və zəmanət açıqlanmalıdır. Əks halda, sabit tarif sistemi əslində qiymət artımı ilə nəticələnə bilər. Bu da sosial narazılıq doğura bilər. Ona görə də ictimaiyyət qarşısında şəffaf və hüquqi əsaslı izahat verilməlidir”.
Leyla Turan
Demokrat.az