“Şəhidlər Xiyabanı sıradan bir yer deyil. Bu məkan mənəviyyatla zəngin, xalqımızın azadlıq və müstəqillik yolunda canından keçmiş igidlərinin ruhunu yaşadan müqəddəs bir məkandır”.
Bunu ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bura Azərbaycanın ən ali və qürurverici ünvanlarından biridir;
“Şəhidlər yalnız Bakıdakı xiyabanda deyil, ölkəmizin hər bir guşəsində uyuyan igidlərimizdir. Onlar görünməz mənəvi bağlarla bir-birinə və bu torpağa bağlıdır. Qurani-Kərimdə qeyd edildiyi kimi, şəhidlər ölməzdir. Onlar bizim azadlığımızın, suverenliyimizin, milli kimliyimizin canlı simvoludur. Bu səbəbdən, kimliyindən asılı olmayaraq, Azərbaycana gələn hər bir şəxs bu yerlərə yüksək hörmət və ehtiramla yanaşmalıdır. Əgər kimlərsə bunu anlamırsa, artıq hüquqi müstəvidə tədbir görülməsi tam əsaslıdır. Qanunlarımız, qaydalarımız mövcuddur və bu müqəddəs məkanlara qarşı hörmətsizliyi qanun dili ilə izah etmək bəzən zəruri olur. Unutmaq olmaz ki, Azərbaycan yalnız fiziki torpaq deyil, mənəviyyat yurdudur. Buraya gələn turistlər də anlamalıdır ki, bu bərəkətli, müzəffər xalqın torpağına qədəm qoyurlar. Ona görə də davranışlarında ehtiyatlı və hörmətli olmalıdırlar. Hər hansı qanunla müəyyən ediləcək qaydaları tam dəstəkləyirik. Eyni zamanda, xalqımızın da vətəndaş məsuliyyəti bu müqəddəsliyi qorumaqdan ibarətdir. Çünki bu, sadəcə hüquqi yox, mənəvi borcdur”.
Leyla Turan
Demokrat.az