Hərracda Vsotskinin maskasını alan olmadı

DÜNYA 22 oktyabr 2025, 00:30

Rusiyalı müğənni-aktyor Vladimir Vsotskinin ölüm maskası Monte-Karloda yerləşən "Hermitage Fine" hərrac evində satışa çıxarılsa da, yüksək başlanğıc qiyməti səbəbilə satıla bilməyib.

Axşam.az xəbər verir ki, hərracda mərhum sənətkarın ölümündən qısa müddət sonra hazırlanmış orijinal gips formadan tökülmüş bürünc maska satışa çıxarılmışdı. Maska üzərində Vsotskinin dul həyat yoldaşının baş hərfləri və hazırlanma ili qeyd olunub. Gips formasını sovet heykəltəraşı Yuri Vasiliev hazırlayıb.

Bu kolleksiya əşyasının təxmini dəyəri 100–120 min avro civarında qiymətləndirilirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 20:58
Top