Paris prokuroru: Luvr muzeyinə 88 milyon avro zərər dəyib

DÜNYA 21 oktyabr 2025, 22:37
Luvr muzeyində baş vermiş zinət əşyalarının oğurlanması nəticəsində muzeyə 88 milyon avro dəyərində zərər dəyib.

"Report"un xəbərinə görə, bu barədə Paris prokuroru Lor Bekkonun RTL radiosuna bəyan edib.

"Luvr direktoru zərəri 88 milyon avro olaraq qiymətləndirir. Məbləğ təsirli olsa da, heç bir şəkildə tarixə vurulan zərərlə müqayisə edilə bilməz", - Bekko qeyd edib.

Fransanın Mədəniyyət Nazirliyi "Financial Times" qəzetinə bildirib ki, oğurlanan zinət əşyaları sığortalanmayıb. Sadəcə olaraq, Luvrda belə bir siyasət yoxdur, çünki Leonardo da Vinçinin "Mona Liza"sı və "Tanisin Böyük Sfinksi" kimi əsərlərin dəyərini qiymətləndirmək mümkün deyil.

Nazirlik sözçüsü izah edib ki, milli muzey eksponatları normal saxlanma yerində olduqda dövlətin özü sığortaçı kimi çıxış edir.

Qeyd edək ki, oktyabrın 19-da "Luvr" muzeyində törədilən qarət zamanı "Fransa taxtının inciləri" saxlanılan qalereyadan səkkiz ədəd zinət əşyası oğurlanıb. Soyğunçular hadisə yerindən qaçmağı bacarıblar. Luvr muzeyinin Apollon qalereyasında qarətdə oğrular İmperatrisa Evgeniyaya aid təqribən 2000 brilliantla bəzədilmiş diadem, Kraliça Mari-Ameliyanın sapfir boyunbağısı və III Napaleonun anasına məxsus qiymətli bəzək əşyaları da daxil olmaqla Fransa tacının səkkiz qiymətli daş-qaş əşyasını oğurlayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 20:58
Top