YapiKredi Müraciət Forması
Dünya

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

Hörmüz boğazının cənub dəhlizində İranın elan etdiyi qaydaları pozan neft tankeri yanıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

"Bu gün günortadan əvvəl Hörmüz boğazının şərq hissəsinə davamlı olaraq nəzarət edən və izləyən Hərbi Dəniz Qüvvələrinin monitorinq qrupları qadağan olunmuş zonada yanğına məruz qalan qayda pozan bir neft tankerini aşkar ediblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, qaydaları pozan bu neft tankeri əvvəlki xəbərdarlıqlara baxmayaraq, izləmə sistemlərini söndürüb və Hörmüz boğazının cənub dəhlizindəki qadağan olunmuş zonadan keçməyə cəhd edib:

Koordinasiya edilməmiş hərəkətlərin nəticələrinə görə məsuliyyət qaydaları pozanların üzərinə düşür və bu, güvənsizliyin genişlənməsinə səbəb olur".

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

NE
Nihadə Eyyubova