Fransada xanım səfirlər üçün nahar təşkil olunub. Tədbirdə ölkənin birinci xanımı Bricit Makronla yanaşı, Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.
Demokrat.az xəbər verir ki, L.Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı. Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.
Azərbaycanın Fransadakı səfiri görüşün təşkilinə görə təşəkkürünü bildirib.
Le déjeuner des femmes Ambassadeurs avec la Première dame de la France. Des discussions sincères sur des sujets importants: les femmes, les enfants, l'éducation, la santé et bien plus encore. Merci Madame Brigitte Macron pour votre temps et pour votre hospitalité! https://t.co/sl7CIv0uJQ
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) October 20, 2026


