YapiKredi Müraciət Forması
Sosial

Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Abşeron rayonunda - Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Demokrat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, məhdudlaşdırma təmir işləri ilə bağlıdır.

Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunub.

NE
Nihadə Eyyubova