YapiKredi Müraciət Forması
Maraqlı Özəl

2027-ci ildə sevgini tapacaq 4 bürc

2027-ci ildə sevgini tapacaq 4 bürc

2027-ci il bəzi bürclər üçün sevgi və münasibətlər baxımından maraqlı yeniliklərlə yadda qala bilər. Astroloji proqnozlara görə, Şir, Dolça, Buğa və Tərəzi bürclərini yeni tanışlıqlar, romantik yaxınlaşmalar və ciddi münasibət imkanları gözləyə bilər.

İlin ilk yarısında Yupiterin Şir bürcündə hərəkəti, müxtəlif dövrlərdə Veneranın ayrı-ayrı bürclərə keçməsi və Günəş tutulmaları astroloji şərhlərdə sevgi həyatına təsir edən amillər kimi qiymətləndirilir.

Bəs 2027-ci ildə hansı bürclərin sevgi həyatında dəyişikliklər ola bilər?

Şir – Yeni sevginin qapıları açılır

2027-ci il Şir bürcləri üçün yeni tanışlıqlar və romantik münasibətlər baxımından əlverişli dövr kimi şərh olunur. Yupiterin iyulun 26-dək Şir bürcündə olması özünəinamı və hissləri ifadə etmək istəyini artıra bilər.

Xüsusilə yay aylarında yeni münasibətə başlamaq ehtimalı ön plana çıxır. İyulun sonu və avqust aylarında yaranan tanışlıq zamanla daha ciddi münasibətə çevrilə bilər. Şirlər üçün əsas məsələ onları olduqları kimi qəbul edən birini tapmaqdır.

Dolça – Azadlığına hörmət edən biri ilə tanışlıq

Dolça bürclərini 2027-ci ildə münasibətlər sahəsində yeni imkanlar gözləyə bilər. İlin ilk yarısında Yupiterin Şir bürcündə olması Dolçaların diqqətini tərəfdaşlığa və emosional yaxınlığa yönəldə bilər.

Fevralın 6-da Dolça bürcündə baş verəcək Günəş tutulması astroloji baxımdan yeni başlanğıclarla əlaqələndirilir. Mart ayında Veneranın Dolçada hərəkəti isə hisslərin ifadə olunmasını və yeni insanlarla yaxınlaşmağı ön plana çıxara bilər.

Dolçalar üçün ideal münasibət onların şəxsi azadlığına hörmət edən və fərdi sərhədlərini qoruyan biri ilə qurulan münasibət olacaq.

Buğa – Ciddi münasibət və güvən ön planda

2027-ci ildə Buğa bürcləri üçün etibarlı və uzunmüddətli münasibətlər mövzusu diqqət çəkir. Mayın 14-dən iyunun 8-dək Veneranın Buğa bürcündə olması romantik yaxınlaşmalar üçün əhəmiyyətli dövr kimi şərh olunur.

İlin ikinci yarısında Yupiterin Qız bürcünə keçməsi də astroloji yozumlara görə Buğaların eşq həyatında canlanma yarada bilər. Yeni tanışlıq və ya uzun müddətdir davam edən yaxınlığın ciddi münasibətə çevrilməsi mümkün ssenarilər arasındadır.

Buğa bürcündən olanlar üçün münasibətdə əsas meyar böyük vədlərdən daha çox etibar, sabitlik və qarşılıqlı anlayış olacaq.

Tərəzi – İlk addımı atmaq vaxtıdır

Tərəzi bürcləri üçün 2027-ci il sosial çevrənin genişlənməsi və yeni münasibətlərin başlanması ilə əlaqələndirilir. Dost məclisləri, dəvətlər və ortaq tanışlar vasitəsilə yaranan yaxınlıq romantik münasibətə çevrilə bilər.

İyulun 15-dən sentyabrın 2-dək Marsın Tərəzidə olması astroloji şərhlərdə təşəbbüskarlığın artması ilə əlaqələndirilir. Sentyabrın 14-dən oktyabrın 8-dək Veneranın bu bürcdə hərəkəti də sevgi və münasibətlər mövzusunu ön plana çıxarır.

Həmişə qarşı tərəfin ilk addımını gözləyən Tərəzilər üçün bu dəfə hisslərini açıq ifadə etmək yeni münasibətin başlanğıcı ola bilər.

2027-ci il sevgi axtaranlar üçün nə vəd edir?

Astroloji proqnozlara əsasən, Şir, Dolça, Buğa və Tərəzi bürcləri 2027-ci ildə sevgi həyatında yeniliklərlə qarşılaşa biləcək bürclər sırasında göstərilir. Şirlər üçün yeni tanışlıqlar, Dolçalar üçün azadlığa hörmət edən tərəfdaş, Buğalar üçün güvən və sabitlik, Tərəzilər üçün isə sosial çevrədən doğan romantik münasibətlər ön plana çıxır.

NE
Nihadə Eyyubova