"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda növbəti qol vurulub.
Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar yenidən hesabda irəli çıxıblar - 2:1.
53-cü dəqiqədə Seru Qirassi dublunu rəsmiləşdirib.
xxx
"Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda ilk hissə başa çatıb.
Bakı Olimpiya Stadionunda keçirilən matçda tərəflər fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Qarşılaşmanı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edir.
xxx
Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasında 3-cü tur oyununa çıxıb
Demokrat.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Dortmund "Borussiya"sını qəbul edur.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:45-də başlayıb. Matçı İspaniyadan olan hakimlər briqadası idarə edir.
Hazırda iki turdan sonra hər iki komandanın 3 xalı var. Qol nisbətinə görə, "Sabah" 22-ci, "Borussiya" isə 18-ci pillədə qərarlaşır.
UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 3-cü tur
20:45. "Sabah" (Azərbaycan) - "Borussiya" (Dortmund, Almaniya) - 0:0 (Birinci hissə)
Hakimlər: Xavyer Alberola, Alfredo Moreno, Karlos Alvarez Fernandes, Viktor Qarsiya Verdur (hamısı İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu


