YapiKredi Müraciət Forması
Siyasət

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransaya səyahət barədə xəbərdarlıq edib.

Bu barədə Demokrat.az-a XİN-dən bildirilib.

XİN Fransada iğtişaşları, zorakılığı və vətəndaş itaətsizliyi faktlarının son günlər ərzində geniş vüsət aldığını nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə, Fransa Respublikasına səfərdən çəkinmələrini, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini tövsiyə edib.

"Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından təhlükəsizlik tədbirlərinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və rəsmi məlumat mənbələrini mütəmadi izləmələri xahiş olunur", - XİN-dən bildirilib.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyi

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

E-poçt ünvanı

paris@mission.mfa.gov.az

office_paris@mission.mfa.gov.az

consul_paris@mission.mfa.gov.az

Əlaqə nömrəsi

+33 (0) 1 44 18 60 20

+33 (0) 1 44 18 60 23

Qaynar xətt: +33 (6) 74740398 (WhatsApp)

NE
Nihadə Eyyubova