Şevçenkivski rayonunda yerləşən "Nivki" elektrik yarımstansiyasına endirilən zərbədən sonra Kiyev metrosunun fəaliyyəti dayanıb.
Demokrat.az xəbər verir ki, bu haqda "Strana.ua" nəşri məlumat yayıb.
Bildirilir ki, Kiyev metrosunda elektrik enerjisi kəsilib və qatarların hərəkəti dayanıb.
Kiyev meri Vitali Kliçko hücumu təsdiqləyərək, hadisə yerinə təcili xidmət əməkdaşlarının göndərildiyini bildirib. Yerli media həmçinin elektrik enerjisinin kəsilməsi səbəbindən Kiyev funikulyorunun da fəaliyyətini dayandırdığını xəbər verir.


