YapiKredi Müraciət Forması
Özəl Sağlamlıq

Makiyaj həvəsi allergiya və dəri xəstəliklərinə yol aça bilər — Açıqlama

Makiyaj həvəsi allergiya və dəri xəstəliklərinə yol aça bilər — Açıqlama

Son illər azyaşlı qızlar arasında erkən yaşda makiyajdan istifadə halları diqqət çəkir.

Bəs kosmetik vasitələrin uşaqların həssas dərisində hansı problemlərə səbəb ola biləcəyi və dərinin sağlamlığını qorumaq üçün hansı qaydalara əməl edilməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında dermatoloq Pərviz Dadaşov bildirib ki, uşaqların dərisi gözəllik məhsullarına deyil, ilk növbədə qorunmağa və düzgün qulluğa ehtiyac duyur.

Makiyaj həvəsi allergiya və dəri xəstəliklərinə yol aça bilər — Açıqlama

Onun sözlərinə görə, bu makiyaj vasitələri zərərli təsirlər verə bilər:

"Ətirli məhsullar, konservantlar və bəzi boyaq maddələri uşaqların həssas dərisində qızartı, qaşınma və yanma hissi yaradaraq ciddi dəri qıcıqlanmalarına səbəb ola bilər.

Allergik kontakt dermatit var ki, xüsusilə göz qapaqları və dodaqlar kimi həssas nahiyələrdə kosmetik vasitələrə qarşı allergik reaksiyalar yarana bilər. Şişliklər qızartılar ola bilər. Məsamələrin tutulması nəticəsində dəridə yağ baryeri pozulur .Ağır tonal kremlər və yağlı məhsullar komedonların və sızanaqların yaranmasına səbəb olur. Tuş, layner və digər göz kosmetikalarından istifadə göz ətrafında qıcıqlanma, allergiya və infeksiya riskini artıra bilər. Eyni zamanda, makiyajın sərt vasitələrlə təmizlənməsi, skrablardan tez-tez istifadə və aktiv tərkibli məhsulların tətbiqi dərinin qoruyucu baryerini zəiflədərək onu ətraf mühitin mənfi təsirlərinə qarşı daha həssas edə bilər. Uşaqlara dəri tiplərinə uyğun təmizləyici vasitələrdən istifadə etməyi, ehtiyac olduqda nəmləndirici çəkməyi və günəşdən qorunmaq üçün SPF 30 və ya daha yüksək qoruyucu tətbiq etməyi tövsiyə edirəm. Həkim göstərişi olmadan retinol, güclü pilinq turşuları və qıcıqlandırıcı skrablardan istifadə edilməməlidir. Həmçinin, kosmetik vasitələri başqaları ilə paylaşmamaq, fırça və süngərləri təmiz saxlamaq, yatmazdan əvvəl makiyajı tam təmizləmək vacibdir".