Yaponiyanın ilk qadın Baş naziri oldu

DÜNYA 21 oktyabr 2025, 09:37
Yaponiyanın hakim Liberal Demokrat Partiyasının sədri Sanae Takaiti ölkənin yeni Baş naziri seçilib.

Demokrat.az xəbər verir ki, bununla da 64 yaşlı Takaiti Yaponiyanın ilk qadın Baş naziri olub.

Ölkə parlamentində keçirilən səsvermənin nəticələrinə əsasən, o, 465 səsdən 237-sini toplayıb. 

Bu isə ona səsvermənin birinci turunda qalib gəlməyə kifayət edib.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Şiqeru İşiba sentyabrın əvvəlində istefa vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 10:14
Top