Kuryer xidmətlərinin qiymətləri artacaq? — AÇIQLAMA

SOSİAL 21 oktyabr 2025, 10:17
“Moped idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi kuryer xidmətlərinin qiymətlərinə təsir etməyəcək”. 

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O əlavə edib ki, burada daha çox hüquqi xarakterli bir məsələ müzakirə olunur:

“Söhbət sürücülük vəsiqələrinin verilməsi və ya idarəetmə hüququnun təsdiqlənməsi ilə bağlı texniki və sənəd prosedurlarından gedir. Yəni, bu prosesdə əsas məsələ sürücülük vəsiqəsinin təmin olunması, onunla bağlı icazə sənədlərinin alınmasıdır. Bu, bir dəfəlik həyata keçirilən bir prosesdir. Buna görə də burada elə bir uzunmüddətli və ya mürəkkəb prosedurdan söhbət getmir ki, bu da qiymətlərin artmasına və ya bazarda dalğalanmaya səbəb olsun. 

Yəni, bu dəyişikliklər nə kuryer xidmətlərinin qiymətlərinə, nə də ümumilikdə daşınma sektoruna hər hansı formada mənfi təsir göstərəcək. Narahat olmağa əsas yoxdur, proses sadəcə hüquqi və inzibati tənzimləmə xarakteri daşıyır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 oktyabr 2025, 10:14
Top