Azərbaycan Prezidentinin Astanada rəsmi qarşılanma mərasimi keçirilib — FOTOLAR (YENİLƏNİB)

XARİCİ SİYASƏT 21 oktyabr 2025, 11:31
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Demokrat.az
xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***
10:02

Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilir.


Demokrat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



 

















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top