“Bug ün ümumilikdə süni intellekt artıq həyatın bütün sahələrinə təsirini göstərməkdədir. Bu, yalnız bir sahə ilə məhdudlaşan proses deyil. Texnologiyanın bu sürətli inkişafı nəticəsində süni intellekt tədricən bütün istiqamətlərdə öz izini qoyur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, gələcəkdə bu təsirlərin daha da artacağını müşahidə ediləcək:
“Süni intellekt artıq jurnalistika, xidmət sektoru və digər bir çox istiqamətlərdə tətbiq olunur. Yaxın gələcəkdə bu texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevriləcəyinə və gündəlik fəaliyyətlərimizdə daha geniş şəkildə istifadə olunacağına şahid olacağıq.
Ən vacib məsələlərdən biri süni intellektin necə və hansı formada istifadə olunmasıdır. Əgər bu texnologiyadan məqsədyönlü və balanslı şəkildə istifadə edilməsə, onun yaratdığı problemlər də daha ciddi nəticələrə səbəb ola bilər.
Hazırda artıq süni intellektin köməyi ilə məqalə yazmaq, kurs işi və ya kitab hazırlamaq, hətta müxtəlif peşə fəaliyyətlərini icra etmək mümkündür. Bu isə bir tərəfdən inkişaf və rahatlıq gətirsə də, digər tərəfdən məsuliyyətli yanaşma tələb edir”.
Leyla Turan
Demokrat.az