“Dünyada qızılın qiymətində artım tendensiyası davam edir. Bu prosesin əsas səbəbi qlobal arenada hökm sürən qeyri-müəyyənliklərdir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O bildirib ki, Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən səsləndirilən bir-birinə zidd bəyanatlar vəziyyəti daha da gərginləşdirib:
“Eyni zamanda dolların sürətlə dəyər itirməsi nəticəsində investorlar alternativ, daha etibarlı investisiya alətlərinə xüsusilə də qızıla yönəlməyə başlayıblar. Hazırda Rusiya–Ukrayna müharibəsinin Avropaya yayılması ilə bağlı narahatlıqlar, Rusiyanın davranışlarında müşahidə olunan qeyri-müəyyənliklər investorların qızıl bazarına marağını artırıb. Nəticədə qızıla olan tələbin yüksəlməsi qiymət artımına səbəb olur. Böyük dövlətlər, o cümlədən Rusiya, Hindistan və Avropanın bir sıra ölkələri də son illərdə qızıl ehtiyatlarını artırmağa üstünlük verirlər. Bu, həm iqtisadi, həm də geosiyasi risklərə qarşı qorunma vasitəsi kimi qiymətləndirilir.
Qlobal birjalarda müşahidə edilən gərginlik və dalğalanmalar da qızılın dəyərini yüksəldən amillərdəndir. Yaxın gələcəkdə qızılın ucuzlaşması gözlənilmir. Çünki qeyri-müəyyənliklər, iqtisadi təzyiqlər, valyuta bazarlarındakı dəyişikliklər və potensial hərbi münaqişələr bu metala marağı daha da artırır. Son günlərdə ABŞ və Avropa tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi, həmçinin İsrailin bölgədə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı xəbərlər də qlobal bazarlarda gərginliyi artırıb”.
İqtisadçının sözlərinə görə, bu fon isə investorları valyutalardan uzaqlaşdıraraq qızıla yönəldir:
“2012–2017-ci illərdə dünya iqtisadiyyatı nisbətən sabit inkişaf dövrü yaşayıb. Həmin illərdə iqtisadi göstəricilər müsbət idi, gərginlik az idi və bu səbəbdən qızılın qiyməti də sabit qalıb.
2017-ci ildən sonra isə dolların dəyərinin artması nəticəsində qızıl ucuzlaşmağa başlamışdı. Hazırda isə əks proses müşahidə olunur. Dollar dəyər itirir, bu isə təcrübədə adətən qızılın bahalaşmasına gətirib çıxarır.
Ekspertlər hesab edirlər ki, qarşıdakı bir neçə il ərzində də bu tendensiya davam edəcək və qızılın qiyməti daha da yüksələcək”.
Leyla Turan
Demokrat.az