Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib, barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.
DTX-nın Baş İstintaq İdarəsində Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (278-ci maddə), həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb.
Ramiz Mehdiyevin müxalif siyasi qüvvələrlə münasibətləri məsələsi indiki məqamda xeyli müzakirə olunur.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu, tanınmış siyasi xadim Etibar Məmmədov Ramiz Mehdiyevin həbsi ilə bağlı Modern.az-a danışıb.
O qeyd edib ki, Ramiz Mehdiyevlə münasibətləri həmişə soyuq olub:
“Onunla münasibətlərimin isti olmamasının səbəbləri də məlumdur. Siyasi partiyaların, Azərbaycanda normal siyasi sistemin yaranmasına maneələr yaradan həmişə Ramiz Mehdiyev olub. Sistemi o özü idarə edib. Normal siyasi partiya sistemi yarana bilmədi. Məmurlar bu addımların hamısını Ramiz Mehdiyevin yaratdığı sxem əsasında həyata keçirirdilər. Demək olar ki, Ramiz Mehdiyev hər şeyi idarə edirdi. Buna görə də münasibətlərimiz o qədər də isti olmayıb, hətta münasibətlərimizin soyuq olduğunu da demək olar”.
E.Məmmədov Ramiz Mehdiyevin məhz indi məsuliyyətə cəlb edilməsi ilə bağlı bunları deyib:
“Bunun səbəbini mən deyə bilmərəm. Görünür, müvafiq orqanların əlində hansısa ciddi əsaslar olub ki, onu bu şəkildə, bir neçə ciddi maddələrlə cinayət məsuliyyətinə cəlb ediblər. Onların içərisində ən ciddisi də vətənə xəyanət məsələsidir. Azərbaycanda faktiki son 30 ildə ölkə idarəetməsində ikinci yerdə olan adamın bu şəkildə ittiham olunması dövlət üçün o qədər də xoşagələn bir şey deyil. Görünür, müvafiq orqanların əllərində çox ciddi əsaslar var ki onunla bağlı məsələni publik şəkildə elan da ediblər. Ramiz Mehdiyevin Moskva ilə əlaqələrinin, Rusiya sisteminin heyranı, sovet sisteminin yeni dövrə uyğunlaşdırılmış bir formatının müəllifi olması heç kəsə sirr deyil. Ancaq Vətənə xəyanət, dövlət çevrilişinə cəhd bu yaşda insan üçün olduqca ciddi məsələdir”.
Ramiz Mehdiyevin bəzi müxalifət qüvvələrinə təsirinin olub-olmaması ilə bağlı E.Məmmədov bunları deyib:
“Mən onu heç kəsə ittiham şəklində deyə bilmərəm. Amma Azərbaycanda siyasi sistemin ölü vəziyyətə salınmasının müəllifi Ramiz Mehdiyevdir. Bu heç kəsə də gizli deyil. Onun kiminlə əlaqədə olması, başqa məsələlər araşdırmalar zamanı üzə çıxacaq. Və lazım bilsələr, bunu ictimailəşdirəcəklər. Lazım bilməsələr, hakimiyyətin xeyrinə olmasa, ictimailəşdirməyəcəklər”.