Abşeron rayonunda 1989-cu il təvəllüdlü Məcid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin noyabrın 24-də Xırdalan şəhəri, Nizami küçəsində baş verib.
Şəki rayon sakini Məcid həmin gün gecə saat 4 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Gülərin ona növbəti dəfə evə gec gəlməsinə görə irad bildirməsindən əsəbiləşib.
O, həmin səbəbdən aralarında ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib.
Həmin mübahisə zamanı qadının üzərinə hücum edib, əvvəlcə əl, yumruq zərbələri ilə onun sifət, baş, boyun, qol, bədəninin müxtəlif nahiyələrindən ardıcıl vurub.
Daha sonra dişi ilə zərərçəkmiş şəxsin sağ ayaq nahiyəsini dişləyib, ardınca onun boğaz, yaxa nahiyələrindən əlləri ilə tutaraq sıxıb.
Bundan əlavə kişi arvadının saçından əlləri ilə tutara q döşəmə və divara vurub. Habelə baş, hər iki ayaq nahiyələrindən, bədənindən təpik zərbələri endirib.
Hadisəni törədən Məcidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurub və birgə nigahdan 2018-ci il təvəllüdlü övladları anadan olub:
“Gülər ilə əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar aramızda evə gec gəlməyim üstündə sözlə mübahisələrimiz olur. Ötən ilin noyabrın 24-də, gecə saat 4 radələrində yaşadığım evə gəldim. Həmin vaxt arvadım evə gec gəldiyi üçün mənə sözlə irad bildirdi. Onun bu iradından əsəbiləşərək üzərinə getdim, yumruqla sifətindən vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra isə əlləri ilə Gülərin yaxasından tutaraq kənara itələyib:
“Həmin vaxt Gülər yerə yıxıldı. Yerdə olarkən təpiklə onun ayaqlarından da vuraraq onu döydüm. Bundan sonra otaqdan getdim. Bir neçə dəqiqədən sonra sakitləşərək evə qayıtdım”.
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az