“Hazırda Bakı metrosunun “Bənövşəyi” xətti üzrə sınaq mərhələsi davam edir”.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan xətlərdə optimallaşdırma tədbirləri həyata keçirilir:
“Hazırda test xarakterli işlər aparılır, buna görə də intervalın azaldılmasının tətbiqi barədə danışmaq üçün hələ tezdir. Prinsipcə, vaxtın qısaldılması mümkündür, lakin sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyi bizim üçün əsas prioritetdir. Bu məsələ tamamilə texniki amillərlə bağlıdır. Əgər sınaq müddəti uğurla başa çatsa, intervalın azaldılması reallaşdırıla bilər. Lakin hazırda dəqiq tarix demək mümkün deyil”.
Bəxtiyar Məmmədov qeyd edib ki, “Cəfər Cabbarlı–Xətai” sahəsi mürəkkəb infrastruktur quruluşuna malikdir:
“Orada kifayət qədər çətin və zəhmətli işlər görülüb. Hazırda 7 dəqiqəlik interval tətbiq olunur və bu, indiyədək ən aşağı göstəricilərdən biridir. “Bənövşəyi” xətt üzrə tədqiqatlar davam edir, nəticələrə əsasən qərar veriləcək”.
Qeyd edək ki, ötən gün “Cəfər Cabbarlı–Xətai” sahəsində qatarların interval müddəti 5 dəqiqəyə endirilib.
Leyla Turan
Demokrat.az