Sudanda aeroport dron hücumuna məruz qalıb

DÜNYA 21 oktyabr 2025, 13:47
Sudanın Xartum Beynəlxalq Hava Limanı dron hücumuna məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Sudan Tribune" təhlükəsizlik xidmətindəki mənbələrə istinadən bildirib.

Hücum daxili uçuşların bərpasından bir gün əvvəl baş verib.

Yerli sakinlər qəzetə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü və partlayış səsləri eşitdiklərini, daha sonra hava limanı ərazisi üzərində tüstü buludları gördüklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top